Trampın vəkillərinin vəsatəti rədd edildi
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp 2016-cı il seçkiləri öncəsi susmaq müqabilində porno aktrisa Stormi Danielsə pul ödəməsi ilə bağlı iş üzrə hökmü dayandıra bilməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” nəşi yazıb.
Məlumata görə, məhkum olunduqdan sonra Tramp prezident postunu tutacaq cinayət keçmişli ilk birinci şəxs olacaq.
Hakim Xuan Merçan prezident vəkillərinin yanvarın 10-da elan ediləcək hökmün ləğvi ilə bağlı vəsatətini rədd edib.
"Məhkəmə vəsatəti dəstəkləmək üçün cavabdehin arqumentlərini nəzərdən keçirdi və hesab etdi ki, onlar əsasən əvvəllər dəfələrlə istifadə edilmiş arqumentləri təkrarlayırlar”, - deyə Merçan qərarında qeyd edib.
Bundan öncə Merçan hökmün elanını prezident seçkilərindən sonraya qədər təxirə salmağa razılaşsa da, Trampın prezident toxunulmazlığını əsas gətirərək məhkəməni dayandırmaq cəhdlərini rədd edib.
Xatirə SADİQ