“Tramp SÜLHÜN Prezidentidir” - Ağ Ev
“ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstəriləcək – yeddi ölkə onun namizədliyini irəli sürüb”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Ev X sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumatda bildirilib ki, Trampın bu mükafata namizədliyini Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Qabon prezidenti Bris Oliqi Nqema, İsrailin baş naziri Benyamin Netanyahu, Kambocanın baş naziri Hun Manet, Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe və Pakistan hökuməti dəstəkləyib.
“Prezident Donald Tramp SÜLHÜN Prezidentidir”, - deyə Ağ Ev vurğulayıb.
Xatirə SADİQ