Rusiyanın keçmiş Baş naziri terrorçu elan edildi
Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov “terrorçular və ekstremistlər” siyahısına əlavə edilib.
SAVASHMEDİA.az Rusiya mətbuatı xəbər verir ki, siyahıda baş redaktor Kirill Martınov və iqtisadçı Sergey Quryev də var.
Xatırladaq ki, Kasyanov Ukraynanın işğalı başlayandan sonra Rusiyanı tərk edib. O, jurnalistlərə deyib ki, Putini hərbi cinayətkar hesab edir və Ukrayna qalib gəlməlidir.
Rusiya Ədliyyə Nazirliyi onu “xarici agentlər” siyahısına əlavə etmişdi.
Oğuz