SEPAH məcbur etdi, Qalibaf İSTEFA VERDİ
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın istefa verdiyi barədə məlumat yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Qalibafın qərarı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son proseslərə müdaxiləsindən sonra qətiləşib.
Baş verən gərginlik və daxili siyasi təzyiqlər fonunda o, vəzifəsini davam etdirməmək qərarına gəlib.
Məlumatlarda həmçinin qeyd olunur ki, Qalibaf ABŞ ilə danışıqlar qrupundan ayrılıb. Bu addımın İran daxilində siyasi və diplomatik proseslərə təsir göstərə biləcəyi ehtimal edilir.
Hələlik İranın rəsmi qurumları və Qalibafın özü tərəfindən istefa ilə bağlı geniş və təsdiqləyici açıqlama verilməyib.
Oğuz