Tramp cütlüyü Vindzorda təntənə ilə qarşılandı

Böyük Britaniyaya səfər edən ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Vindzor ərazisində helikotperdən endikdən sonra şahzadə Uilyam və şahzadə Keyt tərəfindən qarşılanıblar. 

Sep 17, 2025 - 16:08
Tramp cütlüyü Vindzorda təntənə ilə qarşılandı

SAVASHMEDİA.az bu barədə Sky News telekanalına istinadən xəbər verir. 

Sonra kral Çarlz və kraliça Kamilla Tramp cütlüyünü Vindzor qəsrinin girişində salamlayıblar. 

Onlar qəsrə karetalarda yollanıblar. Qəsrin həyətində isə Tramp kral Çarlzla birlikdə onun şərəfinə düzülmüş fəxri qarovulun qarşısından keçib. 

Xatirə SADİQ