CHP-ni dəstəkləyən voleybolçunun Ərdoğana qarşı hərəkəti GÜNDƏM OLDU – “Tərbiyəsizlik...” – VİDEO
Türkiyənin qadın voleybol millisi Dünya Çempionatının finalında İtaliyaya məğlub olaraq ikinci olub.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gümüş medal qazanan komandanı qəbul edib.
Prezidentlə komanda üzvlərinin görüşündə voleybolçu, CHP-yə dəstək verən İlkin Aydının üz ifadəsi və hərəkəti gündəm olub. Belə ki, Ərdoğanın əlini sıxan Aydının dərhal arxasını dönməsi Türkiyə cəmiyyətini ikiyə bölüb.
Bəziləri İlkin Aydının dövlət başçısına qarşı hörmətsizlik, hətta tərbiyəsizlik etdiyini bildirsələr də, bəziləri ortada heç nə olmadığını, İlkinin sadəcə hədəfə alındığını qeyd ediblər.
Qeyd edək ki, voleybolçu İlkin Aydın “Qalatasaray”da çıxış edir. Atatürkə dərin sevgisi ilə tanınan Aydın CHP-nin bələdiyyələrinə təşkil edilən rüşvət və korrupsiya əməliyyatlarına qarşı olan boykota dəstək verib. Həmçinin Dünya ikinciliyini qazandıqları gecə "TRT" müxbirinin müsahibə almaq üçün çağırdığı zaman "mən siyasi şeylərdən danışıram" deyərək onu xəbərdar edib.
Banu
Посмотреть эту публикацию в Instagram