Elvin Cəfərquliyev millinin heyətindən kənarlaşdırıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
SAVASHMEDİA.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin futbolçusu Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.