Ərdoğandan təyyarə qəzası ilə bağlı açıqlama - "Axtarışlar davam edir" 

Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir.

Nov 11, 2025 - 17:38
Nov 11, 2025 - 17:50
Ərdoğandan təyyarə qəzası ilə bağlı açıqlama - "Axtarışlar davam edir" 

Bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin bu qəzadan minimum itki ilə çıxacağını bildirib:

"Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır". (Report)