Təyyarə qəzaya uğramazdan əvvəl... - Gürcüstandan İLK AÇIQLAMA
Gürcüstanda qəzaya uğrayan Türkiyənin "C-130" hərbi təyyarəsi heç bir fəlakət siqnalı vermədən radarlardan itib.
SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı Gürcüstan Hava-Naviqasiya Xidməti ("Sakaeronaviqasiya") bildirib.
"Türkiyənin "C-130" təyyarəsi Gürcüstan ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra fəlakət siqnalı ötürmədən radarlardan itib, bundan sonra "Sakaeronaviqasiya" axtarış-xilasetmə əməliyyatlarına başlayıb", - bəyanatda deyilir.