"Tramp məni andiçməsinə dəvət etmişdi, özüm getmədim" - Zelenski
“Prezident Tramp məni inauqurasiya mərasiminə dəvət etmişdi. Lakin bu, ümumi dəvət idi, yəni ikitərəfli və şəxsi görüş nəzərdə tutulmamışdı".

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist Piers Morqanla müsahibəsində deyib.
O bildirib ki, ABŞ prezidentinin inauqurasiyası Amerika xalqının siyasi həyatında mühüm hadisə olduğundan orada ikitərəfli təmaslara az yer qalır.
Zelenski məhz bu səbəbdən də andiçmədə iştirakını yersiz hesab etdiyini deyib.
Oğuz