Qazaxıstan Putinlə Zelenskinin görüş yeri olmağa razıdır - Tokayev
“Qazaxıstan tərəfi Ukrayna və Rusiya arasında danışıqlar üçün ərazi ayırmağa hazırdır”.
SAVASHMEDİA.az "Tengrinews.kz” portalına istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım Comərd Tokayev deyib.
“Rusiya və Ukrayna liderlərinin Qazaxıstana gəlmək istəyi olarsa, danışıqların uğurla təminatı üçün bütün lazımi xidmətləri göstərəcəyik”, - deyə Tokayev vurğulayıb.
O, hımçinin diqqətə çatdırıb ki, ölkəsi Rusiyanın Ukraynaya qarşı müharibəsində özünü vasitəçi saymır. Tokayevin sözlərinə görə, vəziyyət çox mürəkkəbdir və onu çox sadələşdirmək olmaz, çünki ərazi məsələsinə tarixi, milli, dil və siyasi ziddiyyətlər əlavə olunub.
Tokayev qeyd edib ki, yüksək səviyyəli görüşlər diplomatlar və digər xidmətlər tərəfindən diqqətlə hazırlanır və atəşkəs olmadan praktiki nəticəyə ümid etmək real deyil”.
O, əlavə edib ki, Qazaxıstan birbaşa danışıqların başlanmasını dəstəkləyir, lakin qarşılıqlı anlaşmaya nail olmaq üçün ilkin işin aparılması zəruridir.
“Vasitəçi kimi çıxış etməsə də, Qazaxıstan lazım gələrsə, danışıqlar və görüşlər üçün yer kimi öz “xöş xidmətləri” ilə çıxış etməyə hazırdır”, - deyə prezident yekunlaşdırıb.
Xatırladaq ki, Zelenski və Tokayev BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Zelenski ölkəsinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Qazaxıstana təşəkkür edib, ticarət-iqtisadi əməkdaşlıq və Qazaxıstan şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakını müzakirə edib. Danışıqlar ingilis dilində aparılıb.
Xatirə SADİQ