1 paytaxt şəhərində. TALLİNN
Bayıl qəsəbəsindən olan Sergey sovetlər dövründə Leninqrad hərbi-dəniz məktəbində oxuyurdu.
Yay tətili zamanı kursant dostları ilə birlikdə yaxına – Estoniyanın paytaxtına – gəzməyə yollandılar.
5 nəfər gənc idi. Açdılar. Parkda qadın arabadan kartoflu piroq satırdı. Xırda pullarını toplayıb, bir ivana verdilər ki, hərəyə iki piroq alsın. Oğlan satıcının qarşısında durub pulları ona uzatdı və dedi:
– 10 piroq verin.
Qadın isə vermədi. Ona heç əhəmiyyət də vermədi. Sanki qarşısında heç kəs yox idi. Sağdan, soldan müştəriləri yola salırdı, kursant isə yerində qalırdı. Oğlan dostlarinın yanına kor-peşman qayıtdı.
Digər yoldaş da pulu götürüb satıcıya yaxınlaşdı. Əhvalat təkrarlandı.
Üçüncü dəfə gedən bizim Sergey oldu. Sifəti qarabuğdayı, saçları şabalıdı rəngdə idi. Lap Azərbaycan malı kimi! Satıcı rus dilində sözləri uzada-uzada soruşdu:
– Cavan oğlan, haradansan?
– Bakıdan.
– A, siz də rusların müstəmləkəsisiniz, - deyib, qadın ona piroq satdı.
A.ƏZİZ