“Ukrayna ilə müqavilə bu həftə imzalana bilər” – “Bloomberg”
ABŞ və Ukrayna bu həftənin əvvəlində baş verə biləcək faydalı qazıntılar üzrə saziş imzalamağa yaxındır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ maliyyə naziri Scott Bessentin şərhinə istinadən məlumat yayıb.
Məlumata görə, bazar ertəsi danışıqlarda vəziyyətlə bağlı suala cavabında ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Ukrayna həftəsonu əks-təklif irəli sürüb və danışıqlar hələ də davam edir.
“Biz çox, çox yaxınıq. Müqavilə bu həftənin əvvəlində imzalana bilər”, - deyə nazir Buenos-Ayresdə “Bloomberg News”a bildirib.
Məlumatda qeyd edilir ki, Ukrayna hökuməti saziş imzalanmamışdan əvvəl şərh verməkdən imtina edib. Ağ Ev və ABŞ Maliyyə Nazirliyi də şərhlə bağlı sorğulara cavab verməyib.
Eyni zamanda, texniki danışıqların çox məhsuldar keçdiyini deyən Maliyyə Nazirliyinin sözçüsü danışıqların tezliklə yekunlaşmasını səbirsizliklə gözlədiklərini bildirib.
Agentlik onu da bildirib ki, ABŞ yerin təki sazişi üzrə danışıqlar zamanı Ukraynadan yardımın qaytarılması tələblərini yumşaldıb.
Xatirə SADİQ