Almaniyadan Qrenlandiya məsələsinə reaksiya – “Sərhədlər dəyişdirilməməlidir” 

Almaniya hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Kanada ilə bağlı açıqlamalarına münasibət bildirib.

Jan 8, 2025 - 18:36
Almaniyadan Qrenlandiya məsələsinə reaksiya – “Sərhədlər dəyişdirilməməlidir” 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” Almaniya hökumətinin sözçüsünə istinadən məlumat yayıb. 

“Həmişə olduğu kimi, BMT Nizamnaməsinin və Helsinki Sazişlərinin dəqiq prinsipi mövcuddur. Yəni, sərhədlər zorla dəyişdirilməməlidir”, - deyə sözçü bildirib.

Hökumət nümayəndəsi Almaniyanın Trampın bəyanatlarını nə dərəcədə ciddi qəbul etdiyi barədə suala cavab verməkdən imtina edib.

Qeyd edək ki, yanvarın 7-də keçirdiyi mətbuat konfransında Tramp Qrenlandiya və ya Panama kanalına nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadəni istisnadan imtina edib. 

Xatirə SADİQ