Putinin yaxın dostu klinikaya yatızdırıldı
Almaniyanın keçmiş kansleri Gerhard Şröder müalicə olunmaq üçün klinikaya yerləşdirilib.

SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə “DPA” agentliyinə Şröderin sözçüsü bildirib.
Onun sözlərinə görə, Şröderdə “dərin halsızlıq əlamətləri ilə tipik tükənmə sindromu” var.
Sözçü əlavə edib ki, Şröder “Şimal axını-2” kəməri ilə bağlı Almaniyanın “MV Climate and Environment Protection” fondunun işi üzrə şahid olduqdan sonra fiziki və psixoloji gərginliyin öhdəsindən gələ bilməyib.
Bundan başqa, həkimin diaqnozuna görə, keçmiş kansler diqqəti cəmləməkdə çətinlik çəkir və yuxu problemi yaşayır. O, Şröderdə “emosional dayanıqlığın azalması”nı qeyd edib.
Bu ilin aprelində Şröderin 81 yaşı tamam olacaq.
Xatırladaq ki, Gerhard Şröder Almaniyanın federal kansleri olduğu illərdə (1998-2005) Rusiya ilə, xüsusilə Vladimir Putinlə yaxın dostluq əlaqəsi saxlayıb. O, baş nazir postundan getdikdən sonra “Rosneft”in direktorlar şurasının sədri (2017-2022) vəzifəsini tutub. Rusiya Elmlər Akademiyasının üzvü (2008) seçilib, Sankt-Peterburq Universitetinin fəxri elmlər doktoru adına sahib olub.
Xatirə SADİQ