İran danışıqların ikinci raundundan RƏSMƏN İMTİNA ETDİ
İran ABŞ ilə aparılan danışıqların ikinci mərhələsinə qatılmaqdan imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi olan İRNA məlumat yayıb.
Agentliyin məlumatına görə, Tehranın bu qərarı bir sıra ciddi narazılıqlarla bağlıdır. Belə ki, İran tərəfi Vaşinqtonun irəli sürdüyü tələbləri həddən artıq ağır və qeyri-real hesab edir.
Rəsmi açıqlamada bildirilir ki, ABŞ-nin mövqeyində tez-tez dəyişiklik etməsi, eyni məsələlərlə bağlı ziddiyyətli bəyanatlar verməsi danışıqların gedişatına mənfi təsir göstərib. Bundan əlavə, tərəflər arasında etimad mühitinin formalaşmaması və təkrarlanan fikir ayrılıqları prosesin dalana dirənməsinə səbəb olub.
İran həmçinin dəniz blokadası məsələsini də əsas səbəblərdən biri kimi göstərib. Rəsmi Tehran hesab edir ki, belə addımlar danışıqların ruhuna ziddir və qarşılıqlı anlaşma üçün əlverişli şərait yaratmır.
Qeyd edək ki, tərəflər arasında gərginlik son dövrlər daha da artıb və bu qərarın regionda siyasi proseslərə təsiri istisna edilmir.
Səlcuq