“İran yeni müharibəyə hazırdır” – Belə MEYDAN OXUDULAR + VİDEO

İranla ABŞ arasında atəşkəs razılaşmasının sona çatmasına iki gün qalmış İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi yeraltı raket obyektlərindən video paylaşıb.

Apr 20, 2026 - 01:16
Apr 20, 2026 - 01:17
“İran yeni müharibəyə hazırdır” – Belə MEYDAN OXUDULAR + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən görüntülərdə İranın "raket şəhərləri" adlandırdığı yeraltı obyektlərdə yerləşdirilən çoxsaylı uzunmənzilli raketlər, dronlar və qabaqcıl buraxılış sistemləri nümayiş olunub.

M.Musəvi bildirib ki, İran atəşkəs günlərində boş oturmayıb:

“Atəşkəs dövründə raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularını yeniləmə və yenidən doldurma sürətimiz müharibədən əvvəlki dövrlə müqayisədə daha da artıb. İrandan fərqli olaraq, düşmən atəşkəs zamanı sursatını yeniləyə bilməyib. Onların belə bir imkan yaratmaqda aciz olduqlarını bilirik. Buna görə də sursatlarını dünyanın o biri başından hissə-hissə tədarük etməyə məcbur qalıblar”.

Qeyd edək ki, İran bu gün ABŞ ilə danışıqların ikinci raundundan imtina edib. İranın bu qərarı və M.Musəvinin paylaşımı “İran yeni müharibəyə hazırlaşır” fikirlərini formalaşdırıb.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)