“Rusiyanın dondurulmuş aktivlərinə keçməyin vaxtı çatıb” - Ukrayna XİN
Ukrayna hökuməti Avropa İttifaqını (Aİ) təkcə mənfəətdən deyil, Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə keçməyə çağırıb.
SAVASHMEDİA.az “Ми – Україна” portalına istinadən xəbər verir ki, bunu Ukrayna xariici işlər naziri Andrey Sibiqa deyib.
“Avropa ölkələrinin mövqeyində təkamül görürük. Bizə artıq Rusiya aktivlərindən əldə edilən gəlirdən Rusiya aktivlərinin istifadəsinə keçməyin vaxtıdır. Məhz təcavüzkar vurulmuş zərəri ödəməlidir”, - deyə Sibiqa vurğulayıb.
Qeyd edək ki, Aİ hələ də yalnız sanksiyalar altında olan Rusiya aktivlərinin faizlərindən istifadə edir.
Xatirə SADİQ