Dünyaca məşhur qrupun konsertində FACİƏ - FOTOLAR
Dünyaca məşhur “Oasis” rok qrupunun konsertində faciə baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə qrupun Uembley stadionundakı konserti zamanı qeydə alınıb.
Məlumata görə, 40 yaşındakı bir tamaşaçı hündürlükdən yıxılıb.
Hadisə yerinə gələn tibbi personal çox çalışsa da onun həyatını qurtara bilməyib. Həmin anı görən və ya videoya çəkən şəxslərin dərhal polisə müraciət etmələri istənilib.
“Oasis” qrupu ölən fanatla bağlı başsağlığı verib.
Qeyd edək ki, 2009-cu ildən ayrılan qrup üzvləri illərdir davam edən çəkişmələrdən sonra yenidən birləşərək qastrol səfərinə çıxıblar. Faciənin baş verdiyi konsert qrupun geridönüş turnesində planlaşdırılan 7 konsertdən dördüncüsü olub. Qrup "Go Let It Out", "Don't Go Away" ve "Cigarettes and Alcohol" kimi məşhur hitlərlə yadda qalıb.
Banu