“Polis öldürəndə kimə zəng etməli?” - Tiflisdəki 9 Aprel Memorialında yazılıb

Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyalarının on birinci gecəsi insidentsiz keçib.

Dec 9, 2024 - 13:58
“Polis öldürəndə kimə zəng etməli?” - Tiflisdəki 9 Aprel Memorialında yazılıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.

Nəşr yazır ki, polisin sayı da hiss olunacaq dərəcədə az olub. Bir müddət su şırnaqları peyda olsa da, polis onları tətbiq etməyib. 

Polis insanları dağıtmasa da, saat ikidən sonra aksiya iştirakçıları özləri dağılışıblar. 

Naməlum təcavüzkar qrupların silsilə hücumlarından sonra aksiyalarda patrul dəstələrinin yaradılması elan edilib. Həmin gecə bu qruplar görünməsə də, etirazçıların nömrələrinə anonim təhdid zəngləri olub.

Daxili İşlər Nazirliyi (DİN) etirazçılara hücum edən şəxsləri saxlamayıb. Parlamentin yaxınlığındakı 9 Aprel Memorialında belə yazı peyda olub: “Polis öldürəndə kimə zəng etməli?”.

Aksiya hakimiyyət tərəfindən qismən yığılmış və vətəndaşlar tərəfindən “bəzədilmiş” yeni il ağacının yanında baş tutub. Küknar ağacı aksiyalar zamanı xüsusi təyinatlılar tərəfindən vəhşicəsinə döyülən onlarla etirazçının fotoşəkilləri ilə bəzədilib. Ağacın zirvəsinə yaxın yerdə Gürcüstan, Ukrayna, Avropa İttifaqı və ABŞ-nin bayraqları yerləşdirilib.
 
Etirazçılar jurnalist Patrik Lankasteri aksiyadan çıxış getməyə məcbur ediblər. Etirazçılar onu Kremlə işləməkdə ittiham ediblər. Gürcüstana sevgi etirafı da jurnalistin köməyinə gəlməyib. Çünki etirazçılar müəyyənləşdiriblər ki, Lankaster Abxaziyaya səfər edərək işğal haqqında qanununu pozub. Onlar polisdən tədbir görməsini tələb etsə də, heç bir reaksiya olmayıb.

Xatirə SADİQ