Amerikalı senator 25 saat 5 dəqiqə Trampı tənqid etdi
ABŞ senatoru Kori Buker prezident Donald Trampın siyasətinin tənqidi ilə bağlı 25 saat 5 dəqiqə çəkən çıxış etməklə rekord qazanıb.
SAVASHMEDİA.az bu barədə CNN-ə istinadən xəbər verir.
O, çıxışına bazar ertəsi Şərqi Amerika vaxtilə saat 19-da başlayıb və fiziki cəhətdən bacardığı surətdə davam edəcəyinə söz verib. Onun sözlərinə görə, bu zaman cibində İncildən şeirdən başqa bir şey olmayıb.
Demokrat Partiyasını təmsil edən Bukerin çıxışı səsverməni rəsmi şəkildə pozmasa da, Senatın işinə mane olub.
Buker öz çıxışında ölkənin böhran içində olduğu barədə xəbərdar edib, Trampın prezidentliyinin ikinci dövründə İlon Maskın federal gücü və hökuməti azaltmaq səylərini tənqid etməkdən tutmuş milyonlarla amerikalı üçün əsas səhiyyə proqramlarına potensial ixtisarlara qədər geniş spektrli məsələlərə diqqəti yönəldib.
Kori Buker
“Cəmi 71 gün ərzində ABŞ prezidenti Amerikanın təhlükəsizliyinə, maliyyə sabitliyinə və demokratiyamızın fundamental prinsiplərinə o qədər böyük ziyan vurub ki. Bunlar Amerika üçün normal vaxtlar deyil. Və bunlara Birləşmiş Ştatların Senatında elə-belə baxılmamalıdır”, - deyə Buker əlavə edib.
Azlıqların lideri Çak Şumer də daxil olmaqla bir sıra demokrat senatorlar davamlı dəstək göstərmək üçün kürsüdə Bukerə qoşulublar.
2013-cü ildən Senatda xidmət edən Buker Nyu Cersini Senatda təmsil edən ilk qaradərili amerikalı və hazırda Nümayəndələr Palatasında xidmət edən beş qaradərili senatordan biridir.
“Senatda demokratlar komandasının üzvü olan Bukerin marafon çıxışı onun partiyasının seçicilər tərəfindən Trampa qarşı daha sərt mövqe tutmaq üçün artan təzyiqi ilə üzləşdiyi vaxtda baş verdi. Vaşinqtonda məhdud hakimiyyətə malik olan demokratlar administrasiyaya qarşı mübarizə aparmaq üçün vahid strategiya tapmağa çalışırlar, lakin Bukerin çıxışı Trampın ikinci müddətində demokrat qanunvericinin ən səs-küylü etirazlarından biri kimi fərqləniq”, - deyə CNN vurğulayıb.
Xatirə SADİQ