Prezident öz təyyarəsini onların ixtiyarına verdi
Kolumbiya prezidenti Qustavo Petro miqrantlara kömək etmək üçün öz təyyarəsindən istifadə etməyi əmr edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Kolumbiya lideri bu addımı soydaşlarının ölkəyə ləyaqətlə qayıtmasını təmin etmək məqsədilə atıb.
Bir gün əvvəl Kolumbiya hökuməti ABŞ-ın iki hərbi təyyarəsini qəbul etməkdən imtina edib . Təyyarənin göyərtəsində deportasiya edilən miqrantlar olub.
Kolumbiya prezidenti buna belə cavab verib:
“ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır. Kolumbiyalı miqrantları daşıyan Şimali Amerika təyyarələrinin ərazimizə daxil olmasına icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ-da onlara layiqli rəftar qaydaları olmalıdır".
Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.
Oğuz