ABŞ ilə Kolumbiya bu məsələdə anlaşdı
Kolumbiya hökuməti öz ölkəsindən ABŞ-yə qeyri-qanuni yollarla daxil olan immiqrantların məhdudiyyətsiz qəbuluna razılıq verib
SAVASHMEDIA.az xəbər verir ki, “CNN” bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livittə istinadən məlumat yayıb.
Məlumata görə, Kolumbiya hökuməti bununla bağlı prezident Trampın bütün şərtləri ilə razılaşıb. ABŞ-dən çıxarılan bütün qeyri-qanunu kolumbiyalı miqrantlar ABŞ hərbi təyyarələri ilə məhdudiyyətsiz və gecikmə olmadan vətənlərinə daxil olacaqlar.
Bununəa əlaqədar olaraq Tramp administrasiyası Kolumbiyaya qarşı yeni tariflərin və sanksiyaların tətbiqini dayandırıb.
Levitt bildirib ki, tariflər və maliyyə sanksiyaları dayandırılacaq, lakin Kolumbiya rəsmilərinə qarşı viza sanksiyaları, eləcə də Kolumbiya vətəndaşlarına və yük gəmilərinə qarşı sərt gömrük yoxlamaları deportasiya edilənləri daşıyacaq ilk təyyarə uğurla geri qaytarılana qədər qüvvədə qalacaq.
Xatirə SADİQ