ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa edib – Donald Tramp

“Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatları mübadiləsini, demək olar ki, bərpa edib”. 

Mar 10, 2025 - 11:08
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa edib – Donald Tramp

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsinin göyərtəsində jurnalistlərlə ünsiyyəti zamanı deyib.

Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin açılmasının nəzərdən keçirib-keçirmədiyi barədə suala Tramp belə cavab verib: “Biz, demək olar ki, bunu etmişik”.

Tramp həmçinin ABŞ və Ukrayna nümayəndə heyətləri arasında martın 11-də Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan danışıqlardan müsbət nəticələr gözlədiyini vurğulayıb: “Hesab edirəm ki, bu həftə mühüm irəliləyiş əldə edəcəyik”.

Onun sözlərinə görə, ölkəsinə Ukraynanın nadir torpaq ehtiyatlarına çıxış əldə etməyə imkan verəcək faydalı qazıntıların hasilatı barədə sazişi də müzakirə olunacaq.

“Onlar faydalı qazıntıların hasilatı barədə sazişi imzalayacaqlar. Amma mən istəyirəm ki, onlar sülh istəsinlər. Onlar bunu lazım olan dərəcədə nümayiş etdirməyiblər”, - deyə Tramp vurğulayıb.

Xatirə SADİQ