Britaniya hökuməti ukraynalılara məsləhət verir – “The Times”

Britaniya tərəfi Kiyev və Vaşinqton nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşündən əvvəl Ukrayna tərəfinə məsləhətlər verir.

Mar 10, 2025 - 11:10
Britaniya hökuməti ukraynalılara məsləhət verir – “The Times”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, Ukrayna məmurları ilə Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel arasında bir neçə görüş keçirilib. Martın 9-da Ukrayna prezidentinin ofisindən sonuncu belə görüş barədə məlumat verilib. Məlum olub ki, Pauel ofisin rəhbəri Andrey Yermakla söhbət aparıb. Pauellin amerikalı həmkarı Mayk Uoltsla da Ukrayna barədə danışdığı xəbərlər arasındadır.

“The Times” yazır ki, Pauell, çox güman ki, Kiyevə Vaşinqtonun tələblərinə reaksiya verdiyini nümayiş etdirməyi məsləhət görür.

Böyük Britaniyanın baş naziri Kir Starmer isə bu həftə Fransa prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rutte ilə Ukrayna məsələlərini müzakirə edib. Starmer ABŞ kəşfiyyat məlumatlarının Kiyevə ötürülməsinin bərpa edilməsi zərurətini gündəmə gətirib.

CNN və “Fox” bildirir ki, hazırda Ukrayna yalnız müdafiəsi üçün lazım olan məlumatları alır. Martın 10-na keçən gecə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, onun administrasiyası Ukraynaya kəşfiyyat məlumatlarını “demək olar ki,” bərpa edib.

Xatirə SADİQ