Trampın oğlu Qrenlandiyanın yoxsul sakinlərinə rüşvət verib - "Deyin ki, ABŞ-yə birləşək" 

Kiçik Donald Trampın Qrenlandiyaya səfəri zamanı adanın ABŞ-a birləşdirilməsinə dəstək olmaq üçün yoxsullara və evsizlərə rüşvət verib.

Jan 12, 2025 - 14:27
Jan 12, 2025 - 15:28
Trampın oğlu Qrenlandiyanın yoxsul sakinlərinə rüşvət verib - "Deyin ki, ABŞ-yə birləşək" 

SAVASHMEDİA.az Almaniyanın "Bild" nəşrinə istinadla xəbər verir ki, adanın ABŞ-yə ilhaqının tərəfdarları ona yaxınlaşıblar, tədbir Hanter Trampa isə onlara pul paylayıb.

Kiçik Trampın yoxsul ada sakinlərinə təxminən 1340 avro verdiyi bildirilir. 

Hadisə şahidlərindən biri "Bild"-ə belə deyib: “Kimin bəxti gətirdisə pul götürdü. Tramp ona müraciət edənlərin heç birini əliboş qaytarmırdı”.

Kiçik Tramp

Bundan əvvəl Danimarkanın DR televiziya və radio şirkəti kiçik Donald Trampın komandasının təbliğat videosu çəkmək üçün Qrenlandiyada evsiz və sosial cəhətdən həssas vətəndaşları işə cəlb etdiyini bildirmişdi. 

Trampın komandası supermarketin yaxınlığında insanlara papaq paylayıb və onları "Hans Egede" otelində pulsuz nahara dəvət ediblər. Qrenlandiya parlamentinin üzvü Aya Chemnitz televiziya və radio şirkətinə deyib ki, ABŞ-nin seçilmiş prezidentinin oğlunun adamları səhnələşdirilmiş video çəkmək üçün küçələrdə insanlara rüşvət veriblər. 

Sonradan Donald Trampın paylaşdığı həmin videoda isə sadə qrenlandiyaların ABŞ-yə birləşmək istədikləri əks olunmuşdu.

Oğuz