Ukraynaya 50 milyon dollarlıq silah satılacaq - Tramp razılaşdı

ABŞ prezidenti Donald Tramp ikinci müddətində ilk dəfə olaraq Ukraynaya ən azı 50 milyon dollar dəyərində silah satmağa razılaşıb.

May 1, 2025 - 12:13
Ukraynaya 50 milyon dollarlıq silah satılacaq - Tramp razılaşdı

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “Kyiv Post” diplomatik çevrələrdəki mənbələrionə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, aprelin 30-da Tramp administrasiyası Konqresə hərbi malların 50 milyon dollar və ya daha çox qiymətə birbaşa kommersiya satış (direct commercial sales) mexanizmi vasitəsilə Ukraynaya ixracını təsdiqləmək niyyəti barədə məlumat verib. 

Hesabat Silah İxracına Nəzarət Qanununa əsasən təqdim edilib.

Söhbət hərbi malların, o cümlədən texniki göstəricilərin və bəzi xidmətlərin satışından gedir.

“Birbaşa kommersiya satışı mexanizmi ilə bağlı bütün qərarlar “sakitdir”. Onlar ictimaiyyətə açıqlanmır. Xəbər ondan ibarətdir ki, silah satışı davam edir. Hərçənd, indiyə qədər hər şey Trampın Ukraynanı tədarükdən tamamilə kəsməsinə işarə edirdi”, - deyə “Toçnı” araşdırma qrupundan Kolbi Budvor Vaşinqtonda “Kyiv Post”un müxbirinə deyib.

Nəşr qeyd edib ki, 2015-ci ildən 2023-cü ilə qədər olan dövr ərzində ABŞ heç bir səs-küylü açıqlama vermədən beləcə Ukraynaya 1,6 milyard dollar dəyərində mal və xidmətlərin ixracına icazə verib.

Xatirə SADİQ