Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edildi - SƏBƏB

Paris məhkəməsi bu gün Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin beş il həbs cəzasına məhkum olunması barədə hökm çıxarıb. 

Sep 25, 2025 - 15:59
Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edildi - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Məlumata görə, fransızların keçmiş prezidenti bu cəzaya mərhum diktator Müəmmər Qəddafinin hakimiyyəti dövründə Liviyadan 2007-ci ildə prezidentliyə namizədliyi üçün vəsait əldə etmək cəhdləri ilə bağlı cinayətkar sui-qəsddə təqsirli bilindiyindən layiq görülüb. 

Lakin Paris məhkəməsi Sarkoziyə bütün dügər ittihamlara, o cümlədən korrupsiya və seçki kampaniyasının qeyri-qanuni  maliyyələşdirilməsinə görə bəraət qazandırıb.

BFMTV-nin məlumatına görə, Sarkozi hökmün icrasının ertələnməsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

“Le Monde” qeyd edib ki, onu bir ay ərzində prokurorluğa çağıracaq və həbsə alınacağı tarixini elan edəcəklər.

Sarkozi 2005-ci ildə Qəddafi ilə sövdələşməyə girməkdə günahlandırılırdı. Bu, onun Fransanın daxili işlər naziri olduğu dönəmdə baş verib. İttihama görə, Sarkozi həmin dövrdə beynəlxalq təcridə məruz qalmış Liviya müvəqqəti hökumətini dəstəkləmək müqabilində seçki kampaniyası üçün maliyyə vəsaiti əldə edib. 

Hakim qeyd edib ki, Sarkozinin Qəddafi ilə belə sazişə girdiyinə, Liviyadan göndərilən pulların Sarkozinin seçkiqabağı xəzinəsinə çatmasına dair heç bir sübut yoxdur. Bununla belə, hakim keçmiş prezidentin cinayətkar sui-qəsddə təqsirli olduğunu bildirib. Çünki Sarkozi öz yaxın köməkçilərinə kampaniyası üçün vəsait əldə etmək məqsədilə Liviyada insanlarla əlaqə saxlamağa icazə verib.

Xatirə SADİQ