Ankara NATO üzvləri ilə həmrəylik nümayiş etdirdi 

Türkiyə bu həftənin bazar ertəsi, Rusiyanın NATO ölklələrinin hava məkanına soxulmasından sonra Litvaya uzaqdan radar aşkarlama və idarəetmə təyyarələri (DRLO) göndərib.

Sep 25, 2025 - 16:14
Ankara NATO üzvləri ilə həmrəylik nümayiş etdirdi 

SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. 

Agentliyin məlumatına görə, bu təyyarələr alçaqdan uçan dronları və yerüstü radarlar tərəfindən aşkar edilməyən digər obyektləri müəyyənləşdirmək qabiliyyətinə malikdir. 
 
Türkiyə məmurları qeyd ediblər ki, müvəqqəti yerləşdirmə “NATO hərbi alyansının digər üzvləri ilə həmrəylik jestidir”.

Türkiyə Müdafiə Nazirliyi isə təsdiqləyib ki, təyyarə sentyabrın 22-dən 25-dək öz missiyasını yerinə yetirməlidir. 

Xatirə SADİQ