Məşhur aktrisa karyerasını bitirmək istəyir

Tanınmış avstraliyalı aktrisa Keyt Blanşett karyerasını bitirməyi ciddi şəkildə düşündüyünü bildirib. 

Apr 15, 2025 - 18:43
Məşhur aktrisa karyerasını bitirmək istəyir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə aktrisa “Radio Times” jurnalına müsahibəsində deyib.

“Mən hər dəfə bunu deyəndə ailəm gözlərini süzdürür, amma bu doğrudur. Mən aktyorluq karyerasını atmaq barədə ciddi düşünürəm. Həyatımda məşğul olmaq istədiyim çoxlu başqa şeylər var”, - deyə Keyt Blanşett vurğulayıb. 

Keyt Blanşett 1992-ci ildə Sidney teatrında aktyorluq karyerasına başlayıb. Oynadığı ilk film 1997-ci ildə nümayiş etdirilən “Cənnətə yol” tarixi dramıdır. 

Keyt Blanşett karyerası ərzində 50-dən çox filmdə rol alıb və çoxsaylı mükafatlara, o cümlədən iki Oskar, dörd BAFTA və dörd “Qızıl qlobus” mükafatına layiq görülüb.

Xatirə SADİQ