Rusiya XİN Quterreşi ittiham etdi
Rusiya Xarici İşlər Nazirliyi (XİN) BMT-nin baş katibi Antonio Quterreşi və təşkilatın katibliyini Rusiyanın “diskreditasiyası ilə məşğul olmağı” dayandırmağa çağırıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.
“Biz bir daha A.Quterreşi və onun rəhbərlik etdiyi BMT Katibliyini dürüst mövqe tutmağa, Ukrayna böhranı kontekstində hadisələrin qərəzli şərhinə yol verməməyə, ölkəmizin diskreditasiyası ilə məşğul olmamağa və Kiyev rejiminin cinayətlərini gizlətməyə son qoymağa çağırırıq”, - deyə bəyanatda bildirilir.
Buna səbəb Quterreşin aprelin 13-də Sumı şəhərinə Rusiyanın endirdiyi raket zərbəsi ilə bağlı “X” sopsial şəbəkəsində yazdığı post olub.
BMT-nin baş katibi bildirib ki, bu cür hücumların dağıdıcı silsiləsini davam etdirən bombardmandan dərin narahatdır. O, mülki şəxslərə hücumların beynəlxalq hüquq çərçivəsində qadağan edildiyini xatırladıb.
Xatirə SADİQ