Britaniyalı jurnalist Trampın nitqini tənqid etdi - “Sərsəmləmə ilə həmsərhəd...”
“Trampın çıxışı sərsəmləmə ilə həmsərhəd olan əsl vədlər axınıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Financial Times”ın köşə yazısında britaniyalı jurnalist Edvard Lyus bildirib.
Onun sözlərinə görə, Tramp ABŞ-nin üzərində İsrailin “Dəmir günbəz”inə bənzər “Qızıl Qübbə” yaratması üçün ölkənin bütün qızıl ehtiyatını tükəndirmək lazımdır. Halbuki, bu məqamdan bir neçə dəqiqə əvvəl Tramp çıxışında federal büdcəni balanslaşdırmağa söz verdi.
Onun fikrincə, Trampın qəbul etmək istədiyi qanun layihələrinin ətraflı siyahısından yayınması da maraqlıdır. Köşə yazarı xatırladıb ki, prezidentlər, adətən, xüsusən də ilk müraciətlərində, prioritet qanun layihələrinin siyahısına “quş” qoyurlar.
Jurnalist hesab edir ki, digər diqqəti çəkən cəhət Konqresin iki hissəyə bölünməsi olub. Bir tərəfdə respublikaçılar dayanırdı və demək olar ki, fasiləsiz olaraq alqışlayırdılar. Digər tərəfdən, demokratlar daşa dönmüş sifətlə oturmuşdular və əsasən susurdular, bəzən iştirak edənləri fitə basırdılar.
“Bu çıxışı birləşdirə biləcək fəlsəfi yapışqanı axtaran hər kəs onu tapa bilməzdi. Trampın dediklərində ümumi qəbul edilmiş düşüncə tapmaq çətindir. Beləliklə, yəqin ki, nitqi daha çox tamaşa kimi yadda saxlayacaqlar, nəinki sözlərin məzmunu kimi. Doğrudan da, tarixçilər 2025-ci il martın 4-nə nəzər saldıqda, onun çıxışı çətin ki, haşiyə ilə qeyd olunsun. Atlantikanın o biri tərəfində Almaniyanın gələcək kansleri Fridrix Merts bildirib ki, onun məqsədi Almaniyanı yenidən silahlandırmaq üçün ölkənin borc əyləcini aradan qaldırmaqdır. Buna ciddi yanaşmaq olar, nəinki qızıl qübbələrinə və ya ulduzlu-zolaqlıların Marsa enməsinə”, - deyə jurnalist yekunlaşdırıb.
Xatirə SADİQ