İbrahim Tatlıses vəsiyyətini açıqladı: “Onlara...” - Foto
Türkiyənin arabesk musiqisinin "imperatoru" İbrahim Tatlıses vəsiyyətini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur müğənni magazin proqramına verdiyi açıqlqmada iki nəfəri bağışlamayacağını bildirib.
“Onları heç vaxt bağışlamayacağam. Biri kişidir, biri də qadın. Məzarıma belə gəlməsinlər.Gəlsələr, sevənlərim fitə bassınlar.Onlara bağışlanma yoxdur. Yan-yörəmdə belə istəmirəm.Olduqları şəhərdən də qaçıb İzmirdə məskunlaşmışam. Hətta Bodrumdan da qaça bilərəm. 500 metrdən daha yaxına gələ bilməmələri üçün prokurorluqdan uzaqlaşdırma qərarı çıxartdıracağam”.
İbarhim Tatlıses həmin şəxslərin adlarını açıqlamayıb. Müxbir həmin qadının rəqqasə Didem Kınalı olub-olmadığını soruşsa da, İbrahim Tatlıses sualı cavabsız qoyub.
Tatlıses vəsiyyəti ilə bağlı suala isə belə cavab verib:
“Nəvələrim artıq baba və “kupça” deyirlər. Dişləri də çıxıb, 5-6 aya danışarlar da. Mənim hər şeyim onlarındır”.
Banu
Fotolarda: Didem Kınalı