Məşhur aktyor uşaqla toqquşdu, ombası sındı - Foto

Məşhur türkiyəli aktyor Ahmet Mekin xəstəxanalıq olub.

May 22, 2025 - 11:22
Məşhur aktyor uşaqla toqquşdu, ombası sındı - Foto

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb aktyorun gəzərkən qaçan bir uşaqla toqquşub yıxılması olub.

Hadisə nəticəsində aktyorun omba sümüyü sınıb. Mekin təcili əməliyyata götürülüb.Hazırda isə səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, “Yeşilçam”ın ustad aktyoru bir çox filmlərdə rol alsa da, daha çox “Selvi boylum al yazmalım” filmindəki “Cemşit” obrazı ilə izləyicilərin könlündə taxt qurub.

Banu

Fotolarda: Ahmet Mekin