Əsma Əsədin ölüm xəbəri yayıldı - VİDEO
Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin xanımı Əsma Əsədin dünən 21.45-də (Dəməşq vaxtilə) leykimiyadan müalicə aldığı Moskvanın özəl xəstəxanasında vəfat etdiyi iddiaları yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Youtube”da yayımlanan İsrailin ITON TV kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda bu xəbərin rəsmi təsdiqi yoxdur.
Qeyd edilib ki, bundan öncə ITON TV Əsma Əsədin əri ilə məcburi ayrılıq prosesi yaşadığı, Kremlin onun ərini aradan götürə biləcəyindən ehtiyat etdiyi və Rusiyanı tərk etməsinə icazə verilməsini tələb etdiyi barədə xəbər yaymışdı. Rusiya tərəfi bunu təkzib etmişdi.
Əsma Əsədin öldüyü ilə bağlı xəbəri aşağıdakı linkin 1:17 dəqiqəsindən izləyə bilərsiniz:
Xatirə SADİQ