Kreml sülh danışıqlarında fasilənin yarandığını etiraf etdi

“Ukraynada nizamlanma üzrə danışıqların nəticələri dərhal ola bilməz, heç kimin “çəhrəyı eynəyi” olmamalıdır”. 

Sep 12, 2025 - 15:39
Kreml sülh danışıqlarında fasilənin yarandığını etiraf etdi

SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Alyaska sammitindən sonra danışıqlar prosesinin dalana dirənib-dirənmədiyi barədə suala cavab verərkən deyib.

"Şübhəsiz, çəhrayı eynək taxmaq və danışıqlar prosesinin ildırım sürəti ilə nəticə verəcəyini gözləmək olmaz”, - deyə Kreml sözçüsü bildirib.

O, xatırladıb ki, ABŞ prezidenti Donald Tramp artıq əvvəlcə tez zamanda nizamlamaya nail olacağını düşündüyünü bildirib, lakin sonra bunun üçün daha çox vaxt lazım olduğunu anlayıb.

Bununla belə, Peskov əmin edib ki, ölkəsi Ukrayna üzrə sülh danışıqlarını davam etdirməyə hazırdır, avropalılar isə “sülh səylərinə mane olurlar”.

Ukrayna KİV bu açıqlamanı Kremlin Ukrayna və Rusiya arasında danışıqlarda fasilənin olduğunu təsdiqləməsi kimi qiymətləndirib. 

Xatirə SADİQ