Ərəb liderlər Putini məyus etdi - Nə baş verib?

Rusiya prezidenti Vladimir Putin ərəb liderlərinin qatılmaması səbəbindən ilk rus-ərəb konfransını ləğv etməli olub. 

Oct 10, 2025 - 17:00
Ərəb liderlər Putini məyus etdi - Nə baş verib?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

Agentlik qeyd edir ki, ilk Rusiya-Ərəb konfransı oktyabrda Moskvada keçirilməli idi və  Kreml bunu ilin ən mühüm xarici siyasət təşəbbüslərindən biri kimi qiymətləndirirdi. Moskva bununla Qərb liderlərinə, xüsusən də ABŞ prezidenti Donald Trampa ölkənin ərəb dünyasında dəstəkləndiyini və təsür gücünə malik olduğunu nümayiş etdirməyə çalışırdı.

Lakin yekunda sammitin keçirilməsinə razılıq verəcək kifayət qədər ərəb lideri tapılmayıb. Məhz bu, Putini son anda regionda mövqeyini gücləndirəcəyinə ümid etdiyi tədbiri təxirə salmağa vadar edib.

Rusiyanın bu sammitə, ən azı, aprel ayından hazırlaşdığına diqqət cəlb edilib.  Kreml 22 ərəb dövlətinin başçısını foruma dəvət edib, oktyabrın 3-də isə sammitə həsr olunmuş internet saytı fəaliyyətə başlayıb. Ancaq çərşənbə axşamına olan məlumata görə, yalnız bir neçə lider iştirakını təsdiqləyib. Buna görə Rusiya sammiti noyabr ayına keçirməli olub.

Kremldə rəsmi olaraq bunu onunla əsaslandırıblar ki, Trampın təklif etdiyi İsrail və HƏMAS arasındakı münaqişədə vasitəçilik planı icra olunarkən dövlət başçıları Moskvaya səfər edə bilməzdi. Lakin bu, onu sübut edir ki, ərəb dünyasının əhəmiyyətli hissəsi indi Trampla əlaqələri bərpa etməkdə daha çox maraqlıdır.

Xatirə SADİQ