Putinin şərab biznesi var imiş, müəssisədən FOTOLAR - “The İnsider”
Rusiya iqtisadiyyatı uçuruma yuvarlanarkən prezident Vladimir Putinin şərab biznesi çiçəklənir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Insider” yazır.
Nəşrin iddiasına görə, Putinin Gələncikdəki sarayının ərazisində yerləşən şərab zavodunun aktivlərinin dəyəri 27 milyard rublu (332,2 milyon dollar) ötüb. Bu, onu Rusiyanın ən bahalı şərab zavoduna çevirib.
Qeyd edilir ki, zavodun nəzdində şərab turizmi mərkəzi tikiləcək, Gələncik və Krımda isə üç analoji mərkəz açılacaq. Onların tikintisini “Putinin dostlarının bankı” kimi tanınan “Rossiya” bankı maliyyələşdirir.
“The İnsider” vurğulayır ki, Putinin şərab biznesinə italyanlar və fransızlar kömək edir: “Doğrudur, Putinin şərabı hələ Avropaya tədarük edilmir, lakin mütəmadi olaraq diplomatik qəbullar, Si Cinpin və Kim Çen In kimi xarici liderlərin nadir səfərləri zamanı süfrələrdə peyda olur”.
Nəşr yazır ki, Putinin təsərrüfatı zərər gətirir, onun xalis itkiləri 10 milyard rublu (123 milyon dollar) ötür. Lakin hətta ölkənin büdcə kəsiri və tənəzzüldə olduğu şəraitdə belə Putin şərabçılıq aktivlərinə qənaət etmir.
Xatirə SADİQ