Amerikalı senator Putini dayandırmağa çağırdı - VİDEO
ABŞ Senatının müdafiə sahəsində təxsisatlar üzrə Alt Komitəsinin dünənki iclasında maraqlı dialoq baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, respublikaçı senator Lindsi Qrem, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və müdafiə naziri Pit Heqset arasındakı bu dialoqu CBS News telekanalı yayımlayıb.
Dialoqdan məlum olub ki, general Keynlə müdafiə naziri Pit Heqsetin Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı davranışı ilə bağlı fikirləri üst-üstə düşmür. Senator Qrem isə onları doğru hərəkət etməyə çağırıb.
Lindsi Qrem: Putin Ukraynada dayanacaqmı?
Den Keyn: Mən belə düşünmürəm.
Lindsi Qrem: Cənab nazir, necə hesab edirsiniz, o, dayanacaqmı?
Pit Heqset: Bunu hələ dəqiq demək olmaz, prosesləri izləyəcəyik, senator.
Lindsi Qrem: O özü dayanmayacağını deyir. Bunlar hamısı 1930-cu illərdəki kimidir. Bu heç də “irəlidə görmək” deyil. O, açıq şəkildə ətrafdakı hər kəsə nəyi istədiyini deyir. Siz onun silahlandırmanı artırmağından xəbərdarsınız? Bu, təkcə Ukraynanı ələ keçirmək üçün lazım olanı əhəmiyyətli şəkildə üstələyir. Baxın, sizin gördüyünüz işlər mənim xoşuma gəlir. Amma mələ elə gəlir ki, biz bunların hamısını düzgün etməliyik. İran nüvə silahı əldə etməməlidir, çünki onu tətbiq edəcək. Çin - ekspansionist dövlətdir, əgər biz onu çəkindirməsək, Tayvanı ələ keçirəcək. Biz dayandırmasaq, Rusiya Ukraynanı parçalayacaq və irəli gedəcək”.
Xatirə SADİQ