Trampın və Putinin elçiləri hoteldə görüşdü - VİDEO
Bu gün səhər saatlarında Sankt-Peterburqa gələn ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff şəhərin mərkəzindəki “Grand Hotel”də Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevlə görüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Rusiya telekanallarının yaydığı kadrlardan Uitkoffunn oteldən çıxaraq Rusiya nömrəli avtomobilə mindiyi, Dmitrievin onu yola saldığı görünür.
“Fontanka” nəşri yazıb ki, bu görüş zamanı Sankt-Peterburqun mərkəzi, xüsusilə Nevski prospekti Sadovaya küçəsindən Dvortsovaya sahilinə qədər bağlanıb.
Xatirə SADİQ