İmamoğlu həbsxanada günlərinin necə keçdiyindən danışdı   - "Arıqlamışam, idman edirəm"

Xəbər verdiyimiz kimi, həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu bu gün hakim qarşısına çıxarılıb. 

Apr 11, 2025 - 15:31
İmamoğlu həbsxanada günlərinin necə keçdiyindən danışdı   - "Arıqlamışam, idman edirəm"

SAVASHMEDİA.az xəbər verir ki, Silivri həbsxanasında keçirilən məhkəmə fasiləsində İmamoğlu jurnalistlərin suallarını cavablandırıb.

İmamoğlu gününün necə keçdiyindən danışıb:

“Polis şöbəsindəki və ədliyyədəki təcridxanada 5 gün heç nə yemədim. Arıqladım. Həbsxanaya gətiriləndən sonra da az yeyirəm. Balanslı diyeta saxlayıram. İdman edirəm.  Çox işləyirəm, sözbəsöz Atatürkün “Nutuk” kitabını, Məhəmməd Əsədin “Quran təfsirini” və Nazim Hikmətin şeirlərini oxuyuram”.

Əkrəm İmamoğlu mitinqləri izlədiyini bildirib:

“Gənclərə hamı apolitik deyirdi, ancaq mən inanmırdım. Brillyant kimi gənclərimiz var, könlümdən keçəni etdilər, alınlarından öpürəm.Sərbəst buraxılmalarını tələb edirəm. Mitinqlərdən çox razıyam. Həbsxanada televizordan izləyirdim. Buradakı televizorda 4-5 kanal var, biri də məlum kanaldır (TRT-ni nəzərdə tutur -red).

Banu