Ukraynaya 21 milyard avroluq yardım vəd edildi
Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun “Ramştayn” formatında Brüsseldə keçirilən iclasında ölkələr bütövlükdə Ukraynaya 21 milyard avrodan çox hərbi yardım ayıracaqlarını elan ediblər.
SAVASHMEDİA.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Nazir əlavə edib ki, hərbi dəstəyini davam etdirən Böyük Britaniya bu il Ukraynaya ümumilikdə 4,5 milyard funt sterlinq xərcləyəcək.
“Bu gün Rusiyanın prezident Trampın sülh yolu ilə nizamlanma təklifini rədd etməsindən düz bir ay keçir. Putin deyir ki, sülh istəyir, lakin tam atəşkəsi rədd edir. Putin deyir ki, sülh istəyir, lakin vaxtı uzatmağa və danışıqları gecikdirməyə davam edir. Putin deyir ki, sülh istəyir, lakin onun qoşunları Ukraynanı, hərbi və mülki jçyektləri vurmağa davam edir”, - deyə Hili vurğulayıb.
Xatirə SADİQ