Lavrov ABŞ-dən şikayətləndi 

Rusiya Vaşinqtona “Aeroflot” aviaşirkətinə qarşı sanksiyaları ləğv etməyi təklif edib, lakin hələ də cavab almayıb.

Apr 11, 2025 - 15:58
Lavrov ABŞ-dən şikayətləndi 

SAVASHMEDİA.az “Meduza”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB ölkələri üzrə xarici işlər nazirləri Şurasında deyib.

Lavrovun sözlərinə görə, Rusiya tərəfinin iddia etdiyi kimi, danışıqlarda müzakirə olunan ABŞ və Rusiya arasında birbaşa hava əlaqəsinin bərpası “Aeroflot”un üzərindən sanksiyaların götürülməsinin nəticəsi olmalıdır.

Rusiyalı nazir əlavə edib ki, bu təklif Vaşinqtona “bir aydan çox əvvəl” Ər-Riyadda keçirilən danışıqlarda verilib. 

“Amerikalılar bunu qəbul etdilər, lakin biz hələ heç bir cavab görməmişik”, - deyə Lavrov vurğulayıb. (İnterfaks”). 

Nazir qeyd edib ki, aprelin 10-da İstanbulda keçirilən görüşdə ekspertləri bu təklif barədə xatırladıblar.

“Düzünü desəm, sadəcə olaraq, onlarla əlaqə saxlamaq imkanım olmayıb. Bəlkə də orada müəyyən irəliləyiş olub, amma bu barədə hələ heç nə məlum deyil. Amma biz bunun üzərində işləyəcəyik, çünki bu, normallığa qayıdışdır”, - deyə Lavrov əlavə edib. 

“Aeroflot” 2022-ci ilin aprelindən ABŞ-nin sanksiyaları altındadır. 

Ukrayna mediası Lavrovun dediklərinə istehzalı şərh yazıb: “Qəribədir, Dmitriev deyirdi ki, Rusiya sanksiyaların ləğvini tələb etmir”.

Xatirə SADİQ