Makronun reytinqi 17 faizə düşdü 

Fransa prezidenti Emanuel Makron fransızlar arasında hörmətini itirməkdə davam edir. 

Oct 30, 2024 - 16:19
Makronun reytinqi 17 faizə düşdü 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Verian-Epoka” şirkəti məlumat yayıb. 

Məlumata əsasən, Makronun reytinqi antirekordu yeniləyib, bu dəfə onu vətəndaşların cəmi 17%-i dəstəkləyir. 

Şirkət bunu 2024-cü ilin iyununda parlamentin buraxılması səbəbi ilə izah edib. Məlum oplub ki, fransızların əksəriyyəti bu addımı heç başa düşməyiblər. Üstəlik, Parisin kifayət qədər problemlərinin olduğu bir vaxtda Ukraynadakı münaqişə ilə bağlı bitib-tükənməyən söhbətlərdən də yorğunluq var.

Qeyd edək ki, bu, 2017-ci ildə seçildikdən sonra Makronun reytinqinin ən aşağı səviyyədə olduğunu göstərən faktdır.  

Fransa liderinin siyasətini dəstəkləyənlər arasında da problemlər yaranıb. Makronun partiyasının 4 üzvü bir ay ərzində öz yerlərini tərk edib. Onun tərəfdarlarının ümumi sayı 13 mindən 8,5 minə qədər azalıb.

Xatirə SADİQ