Tramp ölkəsini YUNESKO-dan çıxarır
ABŞ prezidenti Donald Tramp ölkəsini Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxarır.
SAVASHMEDİA.az bu barədə “The New York Post” (NYP) nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, Tramp hələ fevral ayında YUNESKO-nun 90 günlük təhlilinin keçirilməsini və xüsusi diqqətin “təşkilat daxilində antisemitizm və ya anti-İsrail əhval-ruhiyyəsini” müəyyənləşdirilməsinə yönəldilməsini əmr edib. Yoxlamanın yekununda administrasiya məmurları YUNESKO-nun müxtəliflik, bərabərlik və inklüzivlik sahəsində siyasətinə, eləcə də Fələstin və Çin yönlü qərəzinə diqqəti cəlb ediblər.
“Prezident Tramp ABŞ-nin sağlam düşüncəyə və amerikalıların noyabrda səs verdiyi siyasətə tamamilə zidd olan bölücü, mübahisəli mədəni və sosial məsələləri təbliğ edən YUNESKO-dan çıxması barədə qərar qəbul edib”, - deyə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.
Xatirə SADİQ