"Kurtlar Vadisi"nin “Çakır”ından ŞOK SÖZLƏR: “Bizim öz fırıldaqçımız var, sizə..." - FOTO
Dələduzlar məşhur türkiyəli aktyor Oktay Kaynarcanın başına bəla olublar.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktyor bu barədə özü paylaşım edib.
O.Kaynarca bildirib ki, dələduzlar ona hüquq bürosunun adından yazaraq cinayət işi ilə bağlı son gün olduğunu və gecikmədən verilən nömrəyə zəng etmələrini istəyiblər.
Fırıldaqçı “vəkil”ə cavab yazan O.Kaynarca öz vəkilini də təhqir edib:
“Sizi kim nə ilə böyüdüb? Bu qədər çox iş varkən, niyə dələduzluğu seçirsiniz? Axmaqlar, bizim öz fırıldaqçımız var, sizə ehtiyac yoxdur”.
Qeyd edək ki, Oktay Kaynarca Azərbaycanda da sevilərək izlənilən "Kurtlar Vadisi", "Eşkiya Dünyaya Hükümdar Olmaz" və "Adanalı" kimi məşhur seriallarda rol alıb.
Banu