“Loreal”ın məşhur kremi xərçəng yaradır – Qadınlara XƏBƏRDARLIQ!

Fransanın kosmetika nəhəngi “L'Oréal” şirkəti “La Roche-Posay” brendi adı altında satılan "Effaclar Duo Acne Spot Treatment"i satışdan yığışdırır.

Mar 12, 2025 - 20:16
“Loreal”ın məşhur kremi xərçəng yaradır – Qadınlara XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, belə bir qərarın alınmasına səbəb xərçəng yaratma təhlükəsidir.
Belə ki, kremin tərkibindəki benzoil peroksid yüksək temperatur və ya ultrabənövşəyi şüalarla təmas halında kanserogen xüsusiyyətlərə malik olan benzola çevrilir. Bu, ABŞ Qida və Dərman Administrasiyası (FDA) ilə sıx koordinasiyada aparılan araşdırmadan sonra aşkar edilib.

“La Roche-Posay” tərəfindən verilən açıqlamada isə bildirilib ki, məhsulun yalnız bir partiyasında xərçəng xəstəliyini yarada biləcək maddə tapılıb. 
Xatırladaq ki, Azərbaycanda da qadınların çox istifadə etdiyi bu krem sızanaqların müalicəsi üçündür.

Banu