Əli Xameneinin erməni kilsəsində keçirilən 40 mərasimindən VİDEO

Ötən gün İranın sabiq Ali Rəhbəri Seyid Əli Xameneinin qırx mərasimi keçirilib.

Apr 9, 2026 - 21:23
Əli Xameneinin erməni kilsəsində keçirilən 40 mərasimindən VİDEO

SAVASHMEDİA.az “İRNA”ya istinadla xəbər verir ki, mərasim Tehrandakı “Müqəddəs Sarkis” adlanan erməni kilsəsində təşkil olunub. 

Qırx mərasiminə İranın islami irşad naziri Seyid Abbas Salehi, parlament təmsilçisi İbrahim Azizi, digər məmurlar və dini azlıqların nümayəndələri qatılıblar.

Xatırladaq ki, ötən gün İranla ABŞ arasında atəşkəs elan edilib. Bundan sonra Əli Xameneinin yas mərasimləri təşkil olunub.

Banu