Müctəba Xamenei İranın qələbəsini ELAN ETDİ - Müraciətin TAM MƏTNİ
İranın Ali Rəhbəri Müctəba Xamenei xalqa yazılı müraciət ünvanlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, müharibədə İranın qalib gəldiyini elan edən Müctəba Xamenei ölkəsinin heç bir hüququndan imtina etməyəcəyini bildirib:
"Hazırda İran böyük gücə çevrilmək astanasındadır və 2026-cı ilin mart ayı ölkəmiz üçün yeni bir dövrünün başlanğıcı oldu. Biz müharibə axtarmırıq, müharibə tərəfdarı deyilik, amma hüquqlarımızdan da imtina etməyəcəyik. Bizə dəymiş zərərə və şəhidlərimizin qanına görə düşməndən kompensasiya tələb edəcəyik. Biz bu müqəddəs müharibədə mübahisəsiz qalib gəlmişik".
Daha sonra Hörmüz boğazı ilə bağlı məsələlərə də aydınlıq gətirən Ali Rəhbər ölkəsinin boğazın idarə olunmasında yeni bir mərhələyə qədəm qoyacağını deyib.
Xamenei bundan başqa İran xalqını hakimiyyətə dəstəklərini nümayiş etdirmək üçün küçələrə çıxmağa davam etməyə çağıraraq bu dəstəyin hərbi əməliyyatlar bitdikdən sonra da vacib olduğunu qeyd edib.
Oğuz