"Heç bir atəşkəs yoxdur, vuracağıq" - Netanyahu Trampa qarşı?

İsrailin Baş naziri Benyamin Netanyahu hökumətə Livanla danışıqlara başlamaq göstərişi verməsinə baxmayaraq, yenidən "atəş" əmri verib.

Apr 9, 2026 - 23:01
Apr 9, 2026 - 23:59
"Heç bir atəşkəs yoxdur, vuracağıq" - Netanyahu Trampa qarşı?

SAVASHMEDİA.az xəbər verir ki, bu dəqiqələrdə xüsusi açıqlama ilə çıxış edən Netanyahu Livanda atəşkəsin elan olunmadığını bildirib.

Baş nazir bu barədə İsrail xalqına müraciətində bəyan edib.

"Biz "Hizbullah"ı tam gücümüzlə vurmağa davam edirik və biz İsrail xalqının təhlükəsizliyini bərpa edənə qədər dayanmayacağıq".

Qeyd edək ki, İsrailin Livanla danışıqlara başlamasına ABŞ Prezidenti Donald Trampın təzyiqlərindən sonra razılıq verdiyi iddia olunurdu. İndi isə görünən odur ki, Netanyahu artıq ABŞ prezidentinə belə qulaq asmaq niyyətində deyil.

Oğuz